Operativ Məlumat Mərkəzi

Rusiya XİN Kolumbiyada baş verən terror aktlarına münasibət bildirib

1 dəq
Paylaş:
Rusiya XİN Kolumbiyada baş verən terror aktlarına münasibət bildirib
bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində qeyd edib. Nazirlik hücumlar nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib,...

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Valle del Kauka və Antiokiya əyalətlərində törədilən terror aktları ilə bağlı Kolumbiyanın hakimiyyət orqanları və xalqı ilə həmrəy olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində qeyd edib.

Nazirlik hücumlar nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib, terrorizmi pisləyib, beynəlxalq ictimaiyyəti onunla mübarizənin bu cür üsullarından əl çəkməyə çağırıb.

“Biz Kolumbiyada qeyri-insani cinayətlərin təşkilatçıları və icraçılarının ciddi şəkildə cəzalandırılacağına əminik”,- deyə Zaxarova vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər