Operativ Məlumat Mərkəzi

Rusiya XİN Ermənistanın tələsik addımlarının nəyə gətirib çıxaracağını açıqlayıb

2 dəq
Paylaş:
Rusiya XİN Ermənistanın tələsik addımlarının nəyə gətirib çıxaracağını açıqlayıb
bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixail Qaluzin deyib. Diplomatın sözlərinə görə, İrəvan Qərbin respublika ilə...

Ermənistanın tələsik addımları Rusiya Federasiyası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələri ilə ümumi müdafiə sahəsinin yaradılması üzrə birgə işə qayıtmağı mümkünsüz edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixail Qaluzin deyib.

Diplomatın sözlərinə görə, İrəvan Qərbin respublika ilə qarşılıqlı əlaqələri gücləndirmək istədiyi bir şəraitdə, o cümlədən təhlükəsizlik sahəsində bu məqamdan istifadə etməyə ümid edir.

Qaluzin hesab edir ki, Ermənistan hakimiyyətinin tələsik qərarları Qərb ölkələrinə milli məlumat bazalarına və respublikanın təhlükəsizliyinə həssas olan məlumatlara tam çıxış imkanı verəcək.

Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, bu, həm də Ermənistanın suverenliyinə təhlükə yaradır.

Qaluzin həmin müsahibəsində Qərbin təzyiqləri nəticəsində Ermənistanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə Rusiya ilə təmaslarını xeyli azaltdığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər