Rusiya Hərbi Hava Qüvvələri və Suriya ordusu Suriyanın Həma şəhərində birgə təlim keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Gecə saatlarında keçirilən təlimdə Rusiyanın Su-35, Su-24 döyüş təyyarələri və Mi-8, Ka-52 helikopterlərindən istifadə edildiyi bildirilib.
Birgə təlimə neçə əsgərin cəlb olunduğu barədə məlumat verilməsə də, nazirlikdən verilən açıqlamada, təlim planına əsasən, düşmən hökumətin nəzarətində olan ərazilərə çatmağın hədəfləndiyi qeyd olunub.