Operativ Məlumat Mərkəzi

Rusiya və Pakistan əməkdaşlığı gücləndirir

1 dəq
Paylaş:
Rusiya və Pakistan əməkdaşlığı gücləndirir

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Pakistan Xarici İşlər nazirinin müavini Şəfqət Əli Xan terrorla mübarizədə tərəflər arasında əməkdaşlıq, ticarət və iqtisadi sahədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Rusiya və Pakistan arasında çoxşaxəli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, əsas diqqət ticarət-iqtisadi sahədə, eləcə də terrorizmlə mübarizə sahəsində əməkdaşlığa yönəlib”.

Qeyd olunub ki, tərəflər 2023-cü ildə Rusiya-Pakistan münasibətlərinin dinamikasını yüksək qiymətləndiriblər. Cənubi və Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə dünya arenasında iki ölkə arasında konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər