Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Çinin müdafiə naziri Li Şanfu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, təyinatından sonra ilk xarici səfərini Rusiyaya edən Li və Şoyqu paytaxt Moskvada görüşüb.Görüşün əvvəlində çıxış edən Şoyqu iki ölkə arasında strateji əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib.
Şoyqu, Rusiya və Çin silahlı qüvvələri arasında hərbi texnika sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.