Əsas məzmuna keç

"Rusiya Ukraynadakı hərbi əməliyyatlarının məqsədlərinə çata bilməyib"- Peskovdan Zelenskiyə CAVAB

"Rusiya Ukraynadakı hərbi əməliyyatlarının məqsədlərinə çata bilməyib"- Peskovdan Zelenskiyə CAVAB

Dmitri Peskov brifinqdə XVO-nun gedişatı və şərqdəki hədəflər barədə danışdı. Kreml rəsmisi Kiyev rəhbərinin iddialarına reaksiya verərək mühüm məqamları açıqladı.

en ru

" Ukraynadakı hərbi əməliyyat zamanı məqsədlərinə bilməyib, lakin fəaliyyətini davam etdirəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dmitri brifinqdə açıqlama verib.

Peskov bildirib: “Düzdür, bunlara hələ olunmayıb. Əsas məqsəd Ukraynanın şərqində yaşayan və həyatları təhlükə altında olan insanların təhlükəsizliyini təmin etməkdir. Bu əsas məqsəddir, lakin məqsədlərə tam nail olunmayıb, ona görə də XVO fəaliyyətini davam etdirəcək”.

O, bunu Volodimir Zelenskinin Rusiyanın məqsədlərinə çata bilməməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin dördüncü ildönümündə Zelenski öz teleqram kanalında Rusiyanın “ukraynalıları sındırıb bu müharibədə qalib gələ bilmədiyini” bildirib. O əlavə edib ki, ukraynalılar ölkəni qoruyub saxlayıblar və və ədalətə nail olmaq üçün əllərindən gələni edəcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…