Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyada yenidən qiyabi həbs olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
O, terror aktlarında ittiham olunur.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi bu il dekabrın 14-də K.Budanovu axtarışa vermişdi.