Latakiyadakı Hmeymim Hava Bazasından ardıcıl olaraq 2 Rusiya döyüş təyyarəsi havaya qalxaraq İdlib şəhər mərkəzinin qərbindəki dülgər sexinə 4 hava zərbəsi endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hücum nəticəsində 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb.