Əsas məzmuna keç

Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı

Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı

Azərbaycan Dəmir Yolları vasitəsilə 488 ton buğda yüklü qatar Böyük Kəsikdən keçərək tranzit daşınır. İndiyədək ötürülən yükün həcmi və vaqon sayı barədə detallar.

en ru

ərazisindən keçməklə Ermənistana taxılı daşıyan növbəti yük qatarı bu gün düşüb. və “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 7 vaqondan ibarətdir, daşınan taxılın ümumi çəkisi 488 tondur.

Marşrut planına əsasən, qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkətini davam etdirəcək. Xatırladaq ki, sonuncu dəfə martın 11-də eyni marşrutla 1 023 ton taxıl daşıyan 11 vaqondan ibarət yük qatarı yola salınmışdı.

Ümumilikdə, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…