Kreml "taxıl sazişi"nin dayandırılması ilə bağlı bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada qeyd olunub ki, razılaşmanın sona çatması ilə Krım körpüsünə hücum arasında heç bir əlaqə yoxdur.
Qeyd olunub ki, Putin daha əvvəl bu məsələ ilə bağlı mövqeyini ifadə edib.
"Biz Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatına (BMT) taxıl müqaviləsinin sona çatması ilə bağlı qərarımızla bağlı rəsmi məlumat verdik. BMT Rusiyadan rəsmi bildirişin alındığını təsdiqlədi", -deyə Zaxarova açıqlamasında bildirib.
Rusiya Sazişə qayıtmaq üçün də şərtini açıqlayıb.
“Rusiyaya təsir edən şərtlər yerinə yetiriləndə dərhal razılaşmaya qayıdacayıq”, - deyə bəyanatda qeyd olunub.