Ukrayna Rusiya ordusunun son sutka ərzində Ukraynanın müxtəlif bölgələrinə 31 raket hücumu təşkil etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada Rusiya qüvvələrinin dünən gecə yarısına yaxın Ukraynanın Mikolayiv və Konstantinivka şəhərlərinə "S300" və "Kalibr" tipli raketlərlə hücumlar təşkil etdiyi, Rusiya ordusunun son günlərdə 31 raket atdığı bildirilib.