Rusiya ordusu gecə saatlarında dronlarla Kiyevə və Kirovoqrad vilayətindəki neft anbarına hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Kirovoqrad vilayətinin Hərbi Administrasiyasının rəhbəri Andrey Raykoviç, öz sosial media hesabından verdiyi açıqlamada Rusiyanın gecə saatlarında bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.
Raykoviç qeyd edib ki, hücumda itki yoxdur. O bildirib ki, Paytaxtın hava məkanında bütün hədəflər aşkar edilərək vurulub.