Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Paşinyanı təbrik etməyə tələsmir: Kreml rəsmi nəticələri gözləyir

2 dəq
Paylaş:
Rusiya Paşinyanı təbrik etməyə tələsmir: Kreml rəsmi nəticələri gözləyir

Rusiya Prezidentinin katibi Dmitri Peskov seçkilərinin nəticələri ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Peskov bu barədə brifinq zamanı danışıb.

O bildirib ki, rəsmi nəticələr hələ açıqlanmadığı üçün Moskva hələlik Ermənistanın Nikol Paşinyanı qələbə münasibətilə təbrik etməyə hazır deyil.

“Rəsmi nəticələri gözləmək vacibdir, çünki bir çox aydın olmayan məqamlar var idi”, – deyə Kremlin sözçüsü qeyd edib.

Peskovun sözlərinə görə, seçki prosesi zamanı bəzi qanun pozuntuları barədə məlumatlar da qeydə alınıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri başa çatıb. Ekspertlərin fikrincə, bu seçkilər ölkənin növbəti illərdəki geosiyasi istiqamətinə təsir edəcək.

Seçkilərdə iki blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə əsasən, Vətəndaş Müqaviləsi Partiyası öndə göstərilir.

Onun əsas rəqibi isə iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü ” bloku hesab olunurdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax