NATO-nun Ukraynaya potensial olaraq, qoşun göndərməsi bu hərbi təşkilatla Rusiya arasında birbaşa qarşıdurmanı qaçılmaz edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib.
NATO üzvləri məsələni Parisdə müzakirə ediblər.
Peskov bildirib ki, birbaşa münaqişə heç bir halda sözügedən ölkələrin marağında ola bilməz.
“Əgər Ukraynaya qoşun göndərsələr, o halda, biz birbaşa münaqişə ehtimalından deyil, bu münaqişənin qaçılmazlığından danışmalı olacağıq”, - deyə Peskov qeyd edib.