Operativ Məlumat Mərkəzi

Rusiya millisinin məşqçisi: Lunyov “Qarabağ”ın qazandığı qələbələrdə mühüm rol oynayıb

2 dəq
Paylaş:
Rusiya millisinin məşqçisi: Lunyov “Qarabağ”ın qazandığı qələbələrdə mühüm rol oynayıb
63 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında rusiyalı qolkiperin Ağdam klubunda bütün görüşləri qüsursuz keçirdiyini bildirib. V. Kafanovun sözlərinə...

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Andrey Lunyovun “Qarabağ”dakı çıxışını dəyərləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 63 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında rusiyalı qolkiperin Ağdam klubunda bütün görüşləri qüsursuz keçirdiyini bildirib.

V. Kafanovun sözlərinə görə, 32 yaşlı qapıçı “Qarabağ”ın qazandığı qələbələrdə mühüm rol oynayıb: “Andrey bu komandaya keçdikdən sonra bir neçə çempionat matçında yaxşı çıxış etdi. Debüt görüşündə heç-heçə oynadılar. Azlıqda qaldıqları növbəti qarşılaşmada Lunyov komandasına xal qazandırdı. Təəssüf ki, zədələndi. Hətta “Bayer”lə Bakıdakı oyunda iştirakı şübhə altında idi”.

O, ölkə xaricində çıxış edən bütün oyunçuları diqqətdə saxladıqlarını əlavə edib.

Qeyd edək ki, bu mövsüm "Qarabağ"ın heyətində 9 oyunda meydana çıxan Andrey Lunyov eyni sayda top buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb. O, UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Bayer”lə oyununda (0:1) zədələnib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər