Mayın 30-u gecə saatlarında Rusiya İranın kamikadze pilotsuz təyyarələri ilə Kiyevə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "UNİAN"a istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 13 nəfər yaralanıb.
Bundan başqa, Peçerski rayonunda avtomobillər dağıntılar altında qalıb, Darnitskidə isə fərdi yaşayış evi yanıb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, bu gecə Rusiya Kiyev və bölgəyə 31 kamikadze PUA-lar ilə hücum edib, hava hücumundan müdafiə qüvvələri isə 29 "Şahid"i vurub.