Operativ Məlumat Mərkəzi

Moskvaya PUA-lar ilə hücum edilib

1 dəq
Paylaş:
Moskvaya PUA-lar ilə hücum edilib
bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv...

“Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) hücum edib, onların hamısı vurulub”.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.

“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, - nazirlikdən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər