Rusiya irimiqyaslı hücumlara başladı

Rusiya irimiqyaslı hücumlara başladı
02.03.2024 10:12
Aa
dəq

Rusiya silahlı qüvvələri Ukraynanın Çasov Yar şəhərini ələ keçirmək üçün irimiqyaslı qoşun yığmağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna hərbi komandanlığının operativ qrupu xəbərdarlıq edib.

Qrupun mətbuat katibi İliya Yevlaş Moskvanın daha sonra Konstantinovka, Kramatorsk və Slavyanska nəzarəti bərpa etməyə çalışdığını deyib.

Şərq cəbhəsində döyüşən ukraynalı tankçılar son bir neçə həftədir ki, artan təzyiqlə qarşılaşdıqlarını bildiriblər.

“Biz 10 mərmi ata bildiyimiz halda, onlar 50 mərmi atırlar. Sursat ehtiyatında bizdən üstündürlər. Bunu danmaq olmaz. Bundan başqa, əsgəri gücləri də üstündür”, - deyə tank batalyonunun komandiri Dmitri vuruğulayıb.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri daha əvvəl - 17 fevralda Avdeyevka şəhərini zəbt ediblər.

Rusiya-Ukrayna müharibəsi artıq 2 ildən çoxdur ki, davam edir. Müharibədə hər iki tərəfdən minlərlə insan ölüb. Son günlərdə Ukraynanın Qərbdən əsgəri dəstək alacağı iddiaları müharibənin hələ uzun müddət davam edəcəyi narahatlığına səbəb olub. Rusiya prezidenti Vladimir Putin Qərb blokuna xəbərdarlıq edərək bunun faciəvi fəsadlara səbəb olacağını deyib.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu