Rusiya İran və ABŞ arasında danışıqlara hər cür kömək göstərməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Rudenko bildirib.
O, qeyd edib ki, ABŞ İrana hücum etsə, Rusiya İrana hərbi yardım göstərmək məcburiyyətində qalmayacaq, əksinə, vəziyyəti həll etmək üçün bütün tədbirləri görəcək
“Edilməli olan hər şeyi hökumətimiz edəcək”, - diplomat bildirib.