Operativ Məlumat Mərkəzi

Rusiya iki Britaniya diplomatının akkreditasiyasını ləğv edib

1 dəq
Paylaş:
Rusiya iki Britaniya diplomatının akkreditasiyasını ləğv edib
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, iki Britaniya diplomatı Rusiyaya giriş icazəsi alarkən yalan məlumat veriblər. Onların Britaniya...

Rusiya Xarici İşlər Nazirliyi iki britaniyalı diplomatın qanunu pozduğuna görə akkreditasiyasının ləğv edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, iki Britaniya diplomatı Rusiyaya giriş icazəsi alarkən yalan məlumat veriblər.

Onların Britaniya kəşfiyyatına işlədikləri aşkar edilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün iki britaniyalı diplomatın casusluqda şübhəli bilinərək deportasiya edilməsi barədə qərarın qəbul edildiyini açıqlayıb.

Ötən il Rusiya casusluqda və ölkənin təhlükəsizliyinə təhlükə törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər