Rusiya, İran və Qazaxıstanın nümayəndələri üç ölkə arasında fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı danışıqlar aparacaqlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aviasiya sənayesi naziri Bağdat Musin İran nümayəndələri ilə görüşdən sonra bildirib.
Görüş fevralın 15-20-də Moskvada baş tutacaq.
Musinin sözlərinə görə, İran tərəfi ilə razılıq əldə olunub ki, bu da öz növbəsində çox vacibdir. Növbəti iclasda layihə ilə bağlı daha konkret məsələlər müzakirə olunacaq.
Rusiya, Qazaxıstan və İran arasında fiber-optik rabitə xəttinin tikintisi layihəsi ötən ilin dekabrında Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tərəfindən təklif edilib. Onun sözlərinə görə, belə bir rabitə xətti Hind okeanı sahilləri boyunca mövcud beynəlxalq xətlərə qoşulmaq üçün lazımdır.