Operativ Məlumat Mərkəzi

Rusiya Ermənistanın Roma Əsasnaməsinə qoşulmasını tamamilə qeyri-dost addım hesab edir

1 dəq
Paylaş:
Rusiya Ermənistanın Roma Əsasnaməsinə qoşulmasını tamamilə qeyri-dost addım hesab edir
bunu RBC-yə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.  "Biz müttəfiqimiz Ermənistanın Roma Statutuna...

Moskva İrəvanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu RBC-yə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz müttəfiqimiz Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edirik. Mən burada dialoqa yer görmürəm", - o, nəşrə bildirib.

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etməkdən çəkinəcəyini gözləyirdi.

Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər