Rusiya azərbaycanlı jurnalisti 40 min cərimələyib

Rusiya azərbaycanlı jurnalisti 40 min cərimələyib
30.08.2023 13:22
Aa
dəq

Moskvanın Savelovski məhkəməsinə azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu cərimələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, xarici agentin fəaliyyət qaydalarını pozmaqda ittiham olunur. Məhkəmə Əsgərova 40 min rubl cərimə tətbiq edib.

Əsgərovun işinə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agent tərəfindən Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş məlumatların səlahiyyətli orqana təqdim edilməməsi) əsasında baxılıb.

Xatırıladaq ki, Rövşən Əsgərov ötən ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu