Əsas məzmuna keç

Rusiya Ayın tədqiqinə başlayır: Daxili quruluşu öyrəniləcək

Rusiya Ayın tədqiqinə başlayır: Daxili quruluşu öyrəniləcək

"Roscosmos" rəhbəri Dmitriy Bakanov Çinlə birgə kosmik layihənin detallarını açdı. Ayın daxili quruluşunu öyrənəcək eniş modulu və cihazlar nələri üzə çıxaracaq?

en ru

"Yaxın vaxtlarda Ayda səthində tədqiqat işləri aparılacaq və Ayın daxili quruluşunu öyrənmək üçün lazım olan cihazların hazırlanmasına bu il başlanacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Roscosmos"un rəhbəri Bakanov deyib.

Rusiyanın birlikdə Ay proqramını inkişaf etdirməyə davam etdiyini qeyd edən Bakanov bildirib ki, bu proqram çərçivəsində ümumilikdə 15 ölkənin bir araya gəlməsi planlaşdırılır.

O vurğulayıb ki, Ayın quruluşu ilə bağlı tədqiqatlar bu il sürətlənəcək:

“Biz onu skan edəcəyik və məlumatları Yerə ötürəcək modulunun dizaynını tamamlayacağıq. 2026-cı ildə Ayın daxili quruluşunu araşdırmaq üçün cihazların hazırlanmasına başlanacaq”.

Qeyd edək ki, "Roscosmos" ilə "China National Space Administration" arasında Ayda tədqiqatlar aparmaq məqsədilə birgə stansiyanın yaradılması barədə 2021-ci ildə memorandum imzalanmışdı.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…