Operativ Məlumat Mərkəzi

Rumıniyada kiberhücum: Səhiyyə idarəetmə sistemləri kilidlənib

1 dəq
Paylaş:
Rumıniyada kiberhücum: Səhiyyə idarəetmə sistemləri kilidlənib
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, hakerlər ölkə boyu onlarla səhiyyə müəssisəsini, o cümlədən uşaq və təcili yardım xəstəxanalarını hədəfə...

Rumıniyada 100-dən çox səhiyyə müəssisəsində idarəetmə sistemlərinin kiberhücum səbəbindən fəaliyyəti dayanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, hakerlər ölkə boyu onlarla səhiyyə müəssisəsini, o cümlədən uşaq və təcili yardım xəstəxanalarını hədəfə alıblar.

"Ransomware" hücumunda 25 xəstəxana və 79 səhiyyə müəssisəsinin sistemləri işlək vəziyyətdə olmadığı halda, ehtiyat tədbiri olaraq digər müəssisələrin sistemləri sıradan çıxarılıb.

Hakerlər şifrələdikləri faylların kilidini açmaq üçün təxminən 165.000 dollar dəyərində 3,5 bitkoin tələb ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər