Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rubio Cenevrədə İranla məhsuldar danışıqlara ümid edir

2 dəq
Paylaş:
Rubio Cenevrədə İranla məhsuldar danışıqlara ümid edir

ABŞ Prezidenti Donald Tramp İranla münasibətlərin normallaşdırılması üçün həll yolu tapmaq niyyətindədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Marko Rubio jurnalistlərlə söhbətində 26 fevralda Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların uğursuzluğa düçar olacağı təqdirdə diplomatik səylərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı sualı cavablandırarkən bildirib ki, diplomatiya hər zaman prioritet olaraq qalacaq.

Departamentinin rəsmi saytına istinadən qeyd olunub ki, Rubio deyib: “Düşünürəm ki, diplomatiya heç vaxt müzakirə mövzusu olmayacaq. diplomatik həllər istəyir. O, bunları hər şeydən üstün tutur”.

O, Cenevrə danışıqlarının olacağına ümid etdiyini bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, danışıqlarda yalnız nüvə məsələsi deyil, digər mövzular da müzakirə ediləcək:

“Biz təkcə nüvə proqramı ilə bağlı məsələləri deyil, digər mövzuları da müzakirə edəcəyik. Lakin nüvə proqramında irəliləyiş əldə edilməsə, ballistik raketlər məsələsində irəliləyiş əldə etmək çətin olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax