Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Görüşdə Ermənistan və Azərbaycan, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.