Əsas məzmuna keç

Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib

Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib

bu barədə Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib."Bir...

en ru

Ötən il Vaşinqtonda və arasında imzalanmış bəyannaməsi real nəticələrə gətirib çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ruben bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib.

"Bir il əvvəl Vaşinqtonda sülh bəyannaməsi imzalananda skeptiklər bunun real sülhə gətirib çıxaracağına inanmırdılar. Onlar bunun sərhəddə bitmək bilməyən atışmalara və qurbanlara son qoyacağına inanmırdılar. Onlar bizim blokada vəziyyətindən çıxacağımıza inanmırdılar", - o deyib.

Rubinyanın sözlərinə görə, Ermənistan nəinki blokadada qalmadı, həm də Azərbaycan ərazisindən keçməklə dünya ilə dəmir yolu əlaqəsi əldə edərək, blokadanın açılmasının müsbət nəticələrini ilk hiss edən oldu.

O əlavə edib ki, analoji proses istiqamətində də baş verir. Xüsusilə, bu yaxınlarda Türkiyə Ermənistanın onun dəmir yolu şəbəkəsindən istifadəsinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.

"Bu, real sülhdür və buna sevinmək lazımdır. Biz sülhə layiqik. Bəli, hələ bütün problemlər həll olunmayıb", - Rubinyan qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…