Əsas məzmuna keç

Ruben Vardanyanın həbs müddəti uzadılıb

Ruben Vardanyanın həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb. *** Qarabağdakı keçmiş qondarma qurumun “dövlət...

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben barəsində həbsqətimkan tədbirinin müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbsqətimkan tədbiri daha 5 ay uzadılıb.

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci ( Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.

Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…