Ronaldonun etdiyini etmək istədi – Ölümlə üz-üzə qaldı

Ronaldonun etdiyini etmək istədi – Ölümlə üz-üzə qaldı
01.03.2023 12:45
Aa
dəq

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən “Palmeyras”ın gənc futbolçusu Qabriel Menino bunun ağır fəsadlarını yaşayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,  22 yaşlı futbolçu  bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb.

Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb.

Gənc futbolçu qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini bildirib.

Lakin futbolçu bir neçə gündən sonra bu pəhrizin onun səhhətinə zərər vurduğunu müşahidə edib.

“Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim”, - deyə Qabriel Menino bildirib.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu