Əsas məzmuna keç

Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri açıqlayıblar. Həkimlər Serxio Alfieri və Luici Karbone artıq 38 gündür ki xəstəxanada müalicə olunan...

Kilsəsinin rəhbəri martın 23-də xəstəxanadan evə buraxılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Romadakı “Gemelli” xəstəxanasının həkimləri açıqlayıblar.

Həkimlər Serxio Alfieri və Luici Karbone artıq 38 gündür ki xəstəxanada müalicə olunan pontifikin son iki həftədir vəziyyətinin sabit qalmaqda davam etdiyini bildiriblər. Roma Papasında pnevmoniyanın aradan qalxdığı, digər infeksiyalar azaldığı qeyd olunub.

Papa Fransiski qarşılamaq üçün xəstəxananın qarşısına izdihamın toplanması gözlənilir. O, Vatikandakı Santa Marta iqamətgahına yollanacaq. Roma Papasının kütləvi ziyarətlərdən və sıx fiziki fəaliyyətdən çəkinməsi tövsiyə olunub. “Angelus” duasının isə yazılı şəkildə ictimaiyyətə açıqlanacağı bildirilib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…