Operativ Məlumat Mərkəzi

RİNN: "Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur"

1 dəq
Paylaş:
RİNN: "Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur"
bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamasında bildirilir. Məlumata görə, nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan”...

Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamasında bildirilir.

Məlumata görə, nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur.

Bu gün nazirliyin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər