Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
29.08.2024 14:22
Aa
dəq

Bu gündən rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2024, səh.3) nəzərə alınmaqla onlayn qaydada sentyabrın 2-dək həyata keçiriləcək və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanına daxil olub ixtisas seçimi edə bilərlər.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 685 yerdən ibarət olub. Onlardan 60 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 17 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Həftənin ən çox oxunanları

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
DAVAMIN OXU davamın oxu

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib

Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib
DAVAMIN OXU davamın oxu

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb
DAVAMIN OXU davamın oxu