Rezidentura imtahanı elektronlaşdırılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
“Mayda peşəkar mühasib imtahanı da elektron formatda keçiriləcək. İrəlidə magistratura imtahanının da elektronlaşdırılması nəzərdə tutulub”, - Məleykə Abbaszadə əlavə edib.