Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Reuters”: Rusiyada yaşayan ermənilərin Paşinyan əleyhinə səfərbər edilməsi planlaşdırılır

2 dəq
Paylaş:
“Reuters”: Rusiyada yaşayan ermənilərin Paşinyan əleyhinə səfərbər edilməsi planlaşdırılır

“Operativ Məlumat Mərkəzi-OMM”-in “” agentliyinə istinadən yaydığı məlumata görə, Rusiya rəsmiləri son aylarda Rusiyada vətəndaşlarının seçkilərində Nikol Paşinyanın rəqiblərinə səs vermələri məqsədilə vətənlərinə göndərilməsi planını müzakirə ediblər.

Agentliyin mənbələri qeyd edir ki, Rusiya hakimiyyəti 100 min seçicinin daşınması üçün təxminən 50 milyon dollar vəsaitin tələb olunacağını hesablayıb. May ayının ortalarına qədər Kreml tərəfindən Rusiya regionları arasında kvotalar müəyyən edilib və yerli hakimiyyət orqanlarına hazırlıq işləri ilə bağlı hesabat vermələri tapşırılıb.

Bununla belə, “Reuters” jurnalistləri sözügedən planın praktiki icrasının başlanıb-başlanmadığını və bu sayda seçicinin seçki nəticələrinə təsir edib-etməyəcəyini dəqiqləşdirə bilməyiblər. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax