Əsas məzmuna keç

RƏSMİ: Moldova İranın Azərbaycana hücumlarını pislədi

RƏSMİ: Moldova İranın Azərbaycana hücumlarını pislədi

XİN rəhbəri Mixay Popşoi Naxçıvanda mülki infrastrukturun PUA-larla hədəf alınmasını tənqid etdi. Kişineu Bakının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdi.

en ru

Moldova dövləti İranın pilotsuz uçuş aparatları ilə ərazisinə endirdiyi zərbələri sərt şəkildə pisləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Moldovanın naziri Mixay Popşoi Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bəyanat verib.

Diplomatın sözlərinə görə, rəsmi Kişineu xüsusilə Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura edilən hücumları və dinc əhaliyə vurulan ziyanı qətiyyətlə pisləyir.

Nazir vurğulayıb ki, Moldova Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir, ölkənin suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir daha təsdiqləyir.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…