Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Moldova naziri ilə Naxçıvan hücumunu müzakirə etdi - YENİLƏNİB

2 dəq
Paylaş:
Ceyhun Bayramov Moldova naziri ilə Naxçıvan hücumunu müzakirə etdi - YENİLƏNİB

Azərbaycan naziri Moldovanın Baş nazirinin müavini, naziri Mixay Popşoi arasında strateji əhəmiyyət kəsb edən geniştərkibli görüş keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi rəsmi "X" hesabında məlumat yayıb.

Nazirlər ikitərəfli siyasi dialoqun, eləcə də iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər. Həmçinin, TəşkilatıATƏT çərçivəsində beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərin əlaqələndirilməsi diqqət mərkəzində olub.

XİN başçıları görüş zamanı Yaxın Şərqdə hökm sürən dəyişkən və gərgin vəziyyətinə də toxunublar.

Ceyhun Bayramov 5 mart tarixində İrandan Naxçıvana qarşı həyata keçirilən dron hücumları ilə bağlı ciddi narahatlığını ifadə edib. Vurğulanıb ki, bu hücumlar nəticəsində hava limanı və məktəb də daxil olmaqla mülki infrastruktur zədələnib, mülki şəxslər xəsarət alıb.

Nazir Bayramov, həmçinin moldovalı həmkarını AzərbaycanErmənistan arasında davam edən normallaşma və sülh prosesinin detalları barədə məlumatlandırıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında təkbətək görüş keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax