Reşford özünə yeni klub axtarır

Reşford özünə yeni klub axtarır
16.01.2025 14:47
Aa
dəq

"Mançester Yunayted"in hücumçusu Markus Reşford klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, forvard ilə Avropanın iki tanınmış klubu maraqlanır.

Söhbət Kataloniya “Barselona”sı və İtaliya çempionatının təmsilçisi “Milan”dan gedir.

27 yaşlı hücumçu bu mövsüm İngiltərə çempionatında 15 oyun keçirib. Markus 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həftənin ən çox oxunanları