Rusiya Silahlı Qüvvələrinin yaxın vaxtlarda “Oreşnik” ballistik raketini buraxa biləcəyi iddia olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşrinin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Həştərxan vilayətində yerləşən Kapustin Yar poliqonunda mümkün ballistik raket buraxılışına hazırlıq əlamətləri müşahidə edilir.
“Yeradar” monitorinq kanalının bildirdiyinə görə, poliqon ərazisində raket buraxılışı ilə bağlı aktivlik qeydə alınıb.
UNIAN qeyd edir ki, hazırda söhbətin Rusiya ərazisində keçiriləcək təlim buraxılışından, yoxsa raketin Ukraynaya qarşı növbəti kütləvi hücumlarda istifadəsindən getdiyi məlum deyil.
Nəşr vurğulayır ki, məsələ ilə bağlı hələlik Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Oreşnik” Rusiyanın yeni nəsil orta mənzilli ballistik raketi hesab olunur və onun döyüş şəraitində istifadəsi beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.