Regekampf: “Mən oyunçularıma inanıram"

Regekampf: “Mən oyunçularıma inanıram"
16.03.2023 21:35
Aa
dəq

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu (2:2) şərh edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Özümüz oyunu çətinləşdirdik. İlk hissə sürətli oynamırdıq. Rəqibə imkanlar yaradırdıq ki, əks-hücumlar yarada bilsinlər. Oyunçularla bu haqda danışdıq. Şanslarımızdan istifadə edə bilsəydik, hər şey istədiyimiz kimi olardı. İkinci qolu vurduqdan sonra bərabərlik qolu qapımıza vuruldu. Üçüncü qolumuz sayılmadı. Gözlədiyimiz oyun olmadı. Çalışacağıq ki, fasilədə daha yaxşı hazırlaşaq. Üçüncü qolumuzun sayılmamasını şərh etmək istəmirəm.

Qarşıda yeddi tur var. Mən oyunçularıma inanıram. “Sabah”a çata bilərik.

Çoxlu qol şanslarını qaçırtmışıq. Uğursuzluq olsa belə, bir-birimizin yanında olmalıyıq. 3-4 gündən bir oyun olanda aqressivlik artıq olmur. Bundan əvvəlki oyunu sintetik meydançada oynadıq. Məşq üçün üç gün vaxtımız vardı. Bu, bəzi oyunçular üçün çətindir. Düşünürəm ki, bu şəraitdə belə evdə oynayırdıq və qələbə qazanmalıydıq. 

Bizim qarşıda yoldaşlıq oyunlarımız var. Əsas heyətdən 6-7 oyunçu milli komandada olacaq. İstədiyimiz proqramla davam etmək üçün aşağı yaş qruplarından futbolçu cəlb edə bilərik. Hər bir komandanın öz proqramı var. Təsəvvür edin ki, futbolçularım başqa komanda üçün oynayır və zədə alır. Onların ödənişini kim ödəyəcək?

Biz problemlərimizin nədən ibarət olduğunu bilirik. Öz oyunçularımı burada tənqid etmək istəmirəm. Meydançada olan bütün hadisələrin məsuliyyətini öz üzərimə götürürəm. Hazırda qarşıda oyunlarımız var. Onlara köklənməyə çalışacağıq”.

Rövşən Əlisoy 

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu