Operativ Məlumat Mərkəzi

“Red Bull” komandasının rəhbəri: “Bakı trekində sizi təəccübləndirəcək çox şey var”

2 dəq
Paylaş:
“Red Bull” komandasının rəhbəri: “Bakı trekində sizi təəccübləndirəcək çox şey var”
bunu “Formula 1” üzrə dünya çempionatında iştirak edən “Red Bull” komandasının rəhbəri Kristian Horner Azərbaycan Qran-prisinin sərbəst yürüşündən sonra...

“Bakı trekində sizi təəccübləndirəcək çox şey var”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında iştirak edən “Red Bull” komandasının rəhbəri Kristian Horner Azərbaycan Qran-prisinin sərbəst yürüşündən sonra deyib.

O, “Red Bull” pilotları Maks Ferstappenin birinci, Serxio Peresin isə üçüncü olduğu sərbəst yürüşdəki performansını dəyərləndirib: “Sessiya yaxşı keçdi. İndi sıralama turundən əvvəl hadisələri analiz edirik. Bizim üçün prioritet bazar gün keçiriləcək yarışda maksimum xal toplamaqdır. Mövsüm yeni başladığı üçün xal ehtiyatını artırmaq vacibdir. Pilotlarımız bir-birləri ilə yarışa bilərlər. Yetər ki, bunu təmiz mübarizə ilə etsinlər”.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər