Kepa Arrisabalaga "Real"dakı mövqeyindən narazıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" "Don Diario"ya istinadən xəbər verir ki, ispaniyalı az oyun vaxtı aldığı üçün məmnun deyil.
Komandanın məşqçilər heyəti Kepaya deyil, ukraynalı Andrey Luninə daha çox şans verir.
Bu səbəbdən futbolçu narazılıq edir. O, mövsümün sonunda komandanı tərk edəcək.
La Liqanın cari mövsümündə qapıçı 12 oyun keçirib və doqquz qol buraxıb.