"Real Madrid"in mərkəz müdafiəçisi Xesus Valyexo tezliklə klubdan ayrılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun hazırkı müqaviləsi iyunun sonunda başa çatır və uzadılmayacaq.
Məlumata görə, mərkəz müdafiəçisi "Los Blancos" ilə Klublararası Dünya Çempionatına getməyəcək.
Xesus Valyexo 2015-ci ildən "kral" klubunda çıxış edir.