Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Real Madrid" "Bavariya" ulduzu üçün dünya transfer rekordunu qırmağa hazırlaşır

2 dəq
Paylaş:
"Real Madrid" "Bavariya" ulduzu üçün dünya transfer rekordunu qırmağa hazırlaşır

İspaniyanın nəhəng "" "Bavariya"nın vingeri Olise ilə heyətini gücləndirmək üçün ciddi niyyətini ortaya qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" jurnalist Migel Serranoya istinadən xəbər verir ki, Madrid təmsilçisi bu üçün rekordunu yeniləməyə hazırdır.

"Real Madrid"in prezidenti Florentino Peres futbolçunu heyətinə qatmaqda qərarlıdır və bu məqsədlə üç mərhələli təklif planı hazırlayıb. İlkin təklifin 180 milyon avro olması gözlənilir, lakin "Bavariya"nın bunu rədd edəcəyi ehtimal olunur.

Əgər 200 milyon avroluq ikinci cəhd də nəticə verməsə, "kral klubu" 222 milyon avrodan daha yüksək bir məbləğ təklif edərək, transfer bazarında yeni bir səhifə açmağa hazırlaşır.

Xatırladaq ki, hazırkı dünya transfer rekordu PSJ-yə məxsusdur. Paris klubu 2017-ci ildə Neymarı "Barselona"dan 222 milyon avro qarşılığında transfer etmişdi.

Qeyd edək ki, 24 yaşlı Maykl Olise ötən mövsüm "Bavariya"nın heyətində çıxdığı 52 rəsmi matçda 22 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax