"Real" "Liverpul"un ulduzlarını heyətinə qata bilər

"Real" "Liverpul"un ulduzlarını heyətinə qata bilər
24.12.2024 14:59
Aa
dəq

"Liverpul"un iki oyunçusu gələn yay azad agent kimi "Real" keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Məlumata görə, “kral” klubunun rəhbərliyi Trent Alexander-Arnold və mərkəz müdafiəçisi Virjil van Deyki transfer etmək istəyir.

Qeyd edək ki, hər iki futbolçunun Mersisayd nəhəngi ilə müqaviləsi altı aydan sonra başa çatır.

Van Deyk bu mövsüm "Liverpul"un heyətində 22 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə edib. Trent də öz növbəsində "qırmızılar"ın heyətində 21 matçda iştirak edərək 5 məhsuldar ötürmə edib.

Həftənin ən çox oxunanları