“Real”la matçda nokdaun olduq”

“Real”la matçda nokdaun olduq”
02.03.2023 11:55
Aa
dəq

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 7-ci turunun təxirə salınan “Vulverhempton” ilə oyunundan sonra (2:0) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" BBC-yə istinadən xəbər verir ki, o, futbolçularının müdafiədə yaxşı oynadığını deyib:

“Çətin oyun olacağını bilirdik. Bəzən tələsdiyimiz vaxtlar olub. İkinci hissədə yalnız güclü müdafiə olunmalı və qol imkanları yaratmağa davam etməl idik. Ümumiyyətlə, komandam bu gecə müdafiədə yaxşı oynadı.

“Real”la matçda nokdaun olduq. Düzü, ilk hissəni yaxşı keçirdik. Fasilədən sonra oyuna çox pis başladıq. “Vulverhempton”la oyunda daha sabit görünürdük. Eyni ruhda davam etməliyik”.

Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 39 xalla 7-ci, “Vulverhempton” isə 24 xalla 15-ci pillədə qərarlaşıb.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu