“Real” İspaniya Superkubokunun qalibi olub

“Real” İspaniya Superkubokunun qalibi olub
15.01.2024 09:23
Aa
dəq

İspaniya Superkubokunun final oyununda “Real” və “Barselona” komandaları üz-üzə gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma Madrid klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 39 dəqiqə ərzində het-trik edib. Beləliklə, Vinisius XXI əsrdə “El Klasiko”da ən sürətli het-trikə imza atıb. Bu, həmçinin İspaniya Superkubokunun final oyununda ən sürətli het-trikdir.

“Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib. Qarşılaşmanın 64-cü dəqiqəsində isə Rodriqo “Real”ın 4-cü qolunu vurub - 4:1.

Beləliklə, “Kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub. "Barselona" isə 14 dəfə Superkuboku qazanıb.

Xatırladaq ki, "Barselona" ötən il yanvarın 16-da "Real"ı 3:1 hesabı ilə yenərək İspaniya Superkubokunun qalibi olub.

Həftənin ən çox oxunanları

Xırdalanda 14 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Xırdalanda 14 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

Mağazada ödəmə terminalı talanıb, maskalı şəxs saxlanılıb

Mağazada ödəmə terminalı talanıb, maskalı şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

"Birləşdik -2024" təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir

DAVAMIN OXU davamın oxu

Bakıda dənizdə batan hər üç şəxsin cəsədi tapılıb - YENİLƏNİB

Bakıda dənizdə batan hər üç şəxsin cəsədi tapılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu