İspaniya La Liqasının 2026/2027 mövsümünün VIII turunda “Real Madrid” “Santyaqo Bernabeu” stadionunda “Vilyarreal”ı qəbul edib. Baş hakim İsidro Dias de Mera Eskuderosun idarə etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 62-ci dəqiqədə Jan Diomande vurub. Bu, yarımmüdafiəçinin “Real Madrid”in heyətində ilk qolu olub.
Vinisius Junior 74-cü dəqiqədə rəqib futbolçunun saçından tutduğuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Madrid klubu qarşılaşmanın son hissəsini azlıqda keçirib.
Bu nəticədən sonra səkkiz oyunda 18 xal toplayan “Real Madrid” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Vilyarreal”ın hesabında səkkiz xal var və komanda 13-cü yerdədir. “Vilyarreal” oktyabrın 17-də “Elçe”ni qəbul edəcək, “Real Madrid” isə bir gün sonra “Sevilya” ilə qarşılaşacaq.