"Real Madrid" bu yay müdafiəsini gücləndirmək üçün "Bayer"in ekvadorlu mərkəz müdafiəçisi Pyero İnkapiyeni heyətinə qatmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Qeyd edilib ki, futbolçu ilə "Liverpul" da maraqlanır.
İnkapiyenin "Bayer" ilə müqaviləsi 2029-cu ilə qədərdir və onun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
Bu mövsüm Pyero İnkapi bütün yarışlarda "Bayer"in heyətində 37 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.