Əsas məzmuna keç

Ramin Dekonun həbs müddəti uzadılıb

Ramin Dekonun həbs müddəti uzadılıb

bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb. Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan"...

“Meydan" TV işi üzrə həbs olunan Ramin Deko (Cəbrayılzadə) barəsində həbs tədbirinin uzadılması ilə bağlı orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…